DİM ТРКИ imtahanlarının Azərbaycanda keçirilməsi üçün lisenziya əldə edib

DİM ТРКИ imtahanlarının Azərbaycanda keçirilməsi üçün lisenziya əldə edib
# 17 noyabr 2020 15:44 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində rus dili üzrə bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün ТРКИ (Rus dili xarici dil kimi imtahanı) imtahanlarını Azərbaycanda keçirilməsi üçün lisenziyanı əldə edib.

DİM-dən APA-ya bildirilib ki, ТРКИ imtahanları üzrə nəticələri aşağıdakı məqsədlərdən birinə nail olmaq üçün istifadə etmək olar:

-Rusiya Federasiyasının vətəndaşlığı üçün müraciət etmək;

-Rusiya ali təhsil müəssisələrinə qəbul olmaq;

-Müxtəlif ölkələrdə rus dili üzrə dərs vermək.

DİM ТРКИ imtahanlarını kompüter üzərindən və ya onlayn qaydada keçirilməsini təklif edir. Kompüter əsaslı ТРКИ imtahanları DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küç., 1M ünvanında yerləşən əsas binasında keçirilir. ТРКИ imtahanlarını onlayn qaydada vermək üçün müvafiq olaraq qeydiyyatdan keçib istənilən yerdən vermək mümkündür.

ТРКИ imtahanlarının vaxt bölgüsü və müddəti:

Subtestin adı

Müddət

Lüğət ehtiyatı və qrammatika

50 dəq.

Oxu

50 dəq.

Dinləmə

30 dəq.

Yazı

50 dəq.

Danışıq

50 dəq.

DİM-də ТРКИ imtahanlarını vermək istəyən namizədlər verilmiş keçidə daxil olub qeydiyyat haqqında daha ətraflı məlumat əldə edə bilər.

ТРКИ imtahanlarının mərkəzləri Avropa və Asiyanın bir sıra qabaqcıl ölkələrində (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, Türkiyə və s.) fəaliyyət göstərir. Qeyd edək ki, DİM Azərbaycanda ТРКИ imtahanlarını təklif edən yeganə test mərkəzidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR