DİM bakalavrlara müraciət edib

DİM bakalavrlara müraciət edib
# 18 iyun 2020 16:30 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi bakalavrlara müraciət edib.

DİM-dən APA-ya verilən məlumata görə, elandakı ixtisaslaşmaları seçmiş və ya seçmək istəyən və 2 il iş stajına malik olan bakalavrlar ixtisaslaşma seçimi üçün ayrılan müddət başa çatanadək əmək kitabçasının surətini skan edərək [email protected] elektron poçt ünvanına göndərməli, iş stajı olmayan, lakin həmin ixtisaslaşmaları artıq seçmiş bakalavrlar isə seçim ərizələrini ləğv edib yenidən ixtisaslaşma seçimi etməlidirlər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturaya 56 saylı qəbul proqramına aid aşağıdakı ixtisaslaşmaları Beynəlxalq Akkreditasiya Təşkilatı olan FIBAA (Foundation for International Business Administration Accreditaion) tərəfindən akkreditasiyadan keçirilib:

217125 Biznesin təşkili və idarə edilməsi;

217141 Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri).

Biznesin idarə edilməsi (MBA) proqramı üzrə hər iki ixtisaslaşmada tədris ingilis dilindədir və təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir. İxtisaslaşmaların hər birinə cari tədris ilində 10 yer ayrılmışdır və hər iki ixtisaslaşmada təhsil haqqı 2800 manatdır. Agentliyin şərtinə əsasən, bu ixtisaslaşmalarda təhsil almaq üçün 2 il iş təcrübəsi tələb edilir.

Ona görə də bu ixtisaslaşmaları seçmiş və ya seçmək istəyən və 2 il iş stajına malik olan bakalavrlar ixtisaslaşma seçimi üçün ayrılan müddət başa çatanadək əmək kitabçasının surətini skan edərək [email protected] elektron poçt ünvanına göndərməli, iş stajı olmayan, lakin həmin ixtisaslaşmaları artıq seçmiş bakalavrlar isə seçim ərizələrini ləğv edib yenidən ixtisaslaşma seçimi etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR