DİM buraxılış imtahanlarının nəticələri barədə arayış almaq istəyən şəxslərə müraciət edib

DİM buraxılış imtahanlarının nəticələri barədə arayış almaq istəyən şəxslərə müraciət edib
# 05 fevral 2021 09:18 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə arayış almaq istəyən şəxslərə müraciət edib.

DİM-dən APA-ya verilən xəbərə görə, Mərkəz tərəfindən 2013-cü ildən etibarən keçirilmiş buraxılış imtahanlarında iştirak edərək attestat əldə etmiş məzunlar buraxılış imtahanı nəticələri barədə arayışı Mərkəzə yaxınlaşmadan onlayn şəkildə aşağıdakı keçiddən istifadə etməklə əldə edə bilərlər: http://eservices.dim.gov.az/sagird/indexsh.aspx

Arayışın kodunu aşağıdakı keçiddə müvafiq sahəyə daxil etməklə onun həqiqiliyini yoxlamaq olar. http://eservices.dim.gov.az/sagird/indexkod.aspx.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR