DİM müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib

DİM müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib
# 24 yanvar 2020 17:37 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib.

DİM-dən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli 514 nömrəli Qərarının 4-cü hissəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilmiş, habelə həmin Qərarda bir sıra dəyişikliklər edilib.

Eyni zamanda, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2019-cu il tarixli 198 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq, 1 yanvar 2020-ci il tarixindən “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ləğv edilib.

Qeyd edilən dəyişiklikləri nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinə çıxarılmış aidiyyəti vəzifələr üzrə müsahibə proqramlarında müvafiq dəyişikliklər edilib.

DİM həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş namizədlərdən müsahibələrə hazırlaşarkən qeyd edilən dəyişiklikləri nəzərə almalarını xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR