DİM müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE imtahanları keçirib

DİM müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE imtahanları keçirib
# 29 may 2020 14:53 (UTC +04:00)

25-29 may tarixlərində Dövlət İmtahan Mərkəzində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan Digital Marketing Institute şirkətinin “Certified Digital Marketing Professional” sertifikat imtahanı və Association of Certified Anti-Money Laundering Specialists təşkilatının “CAMS 6 English” adlı sertifikat imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, ümumilikdə imtahanlarda həftə ərzində 5 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dövlət İmtahan Mərkəzində ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

İmtahanın adı

Gün

Saat

“Pearson Test of English Academic” (PTE-Academic)

Hər həftənin cümə axşamı günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox imtahan

Hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR