DİM qəbul fənləri ilə bağlı tövsiyələr hazırlayıb

DİM qəbul fənləri ilə bağlı tövsiyələr hazırlayıb
  • Clock-gray 17:26
  • calendar-gray 15 Fevral 2021

Dövlət İmtahan Mərkəzində abituriyentlərə kömək məqsədilə ali təhsil müəssisələrinə ayrı-ayrı fənlər üzrə qəbul proqramları və imtahanların modelinə uyğun tapşırıq nümunələri ilə bağlı tövsiyələr hazırlanıb.

DİM-dən APA-ya verilən məlumata görə, Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, ədəbiyyat (rus bölməsi) fənləri üzrə tövsiyələr mərkəzin “Youtube” kanalında yerləşdirilib. Videotövsiyələrlə buradan tanış olmaq mümkündür.

Digər imtahan fənləri üzrə tövsiyələr yaxın günlərdə DİM-in “Youtube” kanalında yerləşdiriləcək.

Günay Elşadqızı

Digər xəbərlər