DİM sədri: "Ali məktəblərə qəbul olan subbakalavrların sayı ildən-ilə artacaq"

DİM sədri: "Ali məktəblərə qəbul olan subbakalavrların sayı ildən-ilə artacaq"
# 29 yanvar 2021 11:51 (UTC +04:00)

“Keçən il plan yerləri ilə bağlı kəskin dəyişiklik oldu, dövlət sifarişli yerlərin sayı da artdı”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il plan yerlərinin necə olacağını indidən demək olmur: “Nazirlər Kabineti qərar verəcək, biz sadəcə təkliflərimizi verə bilərik”.

O qeyd edib ki, 2019-cu ildə 41693 nəfər ali məktəblərə qəbul olub, qəbul yerləri 87 faiz dolub. Onlardan təxminən 7 faizi subbakalavr olub. 2020-ci ildə plan yerləri də, dövlət sifarişli yerlərin sayı da artıb: “Ötən il 41748 nəfər ali məktəblərə qəbul olub, plan yerləri 86 faiz dolub. Amma bu plan yerlərinin 10,67 faizini subbakalavrlar təşkil edib. 2019-da 3515 subbakalavr, 2020-ci ildə 5179 subbakalavr ali məktəblərə qəbul olub. İldən-ilə subbakalavrların sayı artacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR