DİM sədri: "Ali məktəblərə qəbul olunan neçə abituriyentin sosial həssas qrupdan olduğunu demək mümkün deyil"

DİM sədri: "Ali məktəblərə qəbul olunan neçə  abituriyentin sosial həssas qrupdan olduğunu demək mümkün deyil"
# 24 sentyabr 2020 17:18 (UTC +04:00)

"Bu il ali məktəblərə qəbul olunan neçə abituriyentin sosial həssas qrupdan olduğunu demək mümkün deyil, çünki onlar hələ sənədlərini ali məktəblərə təqdim etməlidilər".

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin: "Yəni, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən etmək mümkün olsun . Bu sənəd əsasında həmin məlumatlar bizdə də olsun".

M.Abbaszadə qeyd edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək: "Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub. Amma bu ildən valideyn himayəsindən məhrum olan, valideynlərinin əlilliyi olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları da dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR