DİM sədri: "Bu il II qrupa ötən illə müqayisədə 2000 nəfər az sənəd verib"

DİM sədri: "Bu il II qrupa ötən illə müqayisədə 2000 nəfər az sənəd verib"
  • Clock-gray 15:16
  • calendar-gray 10 Sentyabr 2020

"Bu gün mühüm mərhələ olan ixtisas seçimi başlayır".

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hazırda hər bir abituriyentin topladığı bal ona bəllidir: "Təəssüf ki, abituriyent və valideynlər biz verdiyimiz məlumatları istifadə etmir, bəzi adamlar özlərini bələdçi kimi göstərirlər. Onlar bizim statistik məlumatlara əsaslansalar da, düzgün istiqamət vermirlər. Sosial şəbəkədə müəyyən qruplara baxanda görürük ki, tamamilə səhv istiamətləndirirlər. Bu, belə qrupları yaradanların öz işidir, sosial şəbəkədə kimsə kiçik biznes qurur, kimsə ad qazanmaq istəyir. Bizim istədiyimiz budur ki, hər bir abituriyent özünə uyğun ixtisası seçə bilsin. Bu il II qrupa ötən illə müqayisədə təxminən 2000 nəfər az sənəd verib, amma plan yerləri də təxminən 2 faiz azalıb, eyni zamanda bu il yeni ixtisaslar açılıb". 

Günay Elşadqızı

Digər xəbərlər