DİM sədri: “Hazırkı təlim-tədris prosesi ilə əlaqədar mənimsənilməsi çətin olan mövzular proqramlardan çıxarılıb”

DİM sədri: “Hazırkı təlim-tədris prosesi ilə əlaqədar mənimsənilməsi çətin olan mövzular proqramlardan çıxarılıb”
# 29 yanvar 2021 11:33 (UTC +04:00)

“İmtahan nəticələrinin təhlilini aparmışıq. Müqayisədə gördük ki, 2019 və 2020-ci illərin nəticələrində elə fərq yoxdur”.

APA-nın xəbərinə görə, bunu DİM sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

DİM sədri deyib ki, ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib: “Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi ilə əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb. Məlum olduğu kimi, fənn kurikulumunun tələbi olaraq orta təhsil müəssisələrində hər hansı fənn üzrə müvafiq bilik və bacarıqlar 1-ci sinifdən 11-ci sinfə qədər məzmun xətləri üzrə sadədən mürəkkəbə doğru tədris olunur. Belə ki, şagird bəzi mövzularla aşağı siniflərdə daha sadə şəkildə tanış olursa, bu mövzular üzrə bilik və bacarıqlar təhsilin yuxarı pillələrində müxtəlif tədris vasitələri ilə daha da təkmilləşdirilir”.

M. Abbaszadənin sözlərinə görə, beləliklə, hər hansı mövzu haqqında ibtidai, orta və yuxarı səviyyəli məlumatlar aşağı sinifdən başlayaraq, yuxarı sinif dərsliklərinə qədər tədricən müvafiq səviyyələrdə ehtiva olunur: “Buna görə də şagird sonrakı sinif dərsliklərindən istifadə edənə qədər əvvəlki dərsliklər əsasında mövzu barədə müəyyən hazırlığa malik olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR