DİN qəza olan magistral yolda sürət həddini dəyişib

DİN qəza olan magistral yolda sürət həddini dəyişib
  • Clock-gray 17:20
  • calendar-gray 13 Dekabr 2019

Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan kənd sakini 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızı rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, DİN rəhbərliyinin göstərişinə əsasən, əraziyə müvafiq baxış keçirilib və magistral yolun sözü gedən hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 km-dən 70 km-ə endirilib, ərazidəki nişanlar yenisi ilə əvəz edilib.

Bundan başqa Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinlərə ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazisindəki yeraltı keçiddən istifadə etmələri tövsiyə olunub.

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date