DMX: İyulda miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 473 qərar qəbul edilib

DMX: İyulda miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 473 qərar qəbul edilib
# 17 avqust 2020 15:12 (UTC +04:00)

2020-ci ilin iyul ayı ərzində Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 473 qərar qəbul edilib.

DMX-dən APA-ya bildirilib ki, 219 qərar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlıdır. Onlardan 125-i cəriməni ödəməklə ölkə ərazisini tərk etmə, 94-ü ölkə ərazisində yaşamanı qanuniləşdirmə barədədir.

Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 222 qərardan 7-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 215-i Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub.

Müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə əlaqədar 26, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 6 qərar qəbul edilib.

İyul ayı ərzində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 15692 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 1925 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR