DMX inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 606 qərar qəbul edib

DMX inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 606 qərar qəbul edib
# 12 mart 2021 17:54 (UTC +04:00)

2021-ci ilin fevral ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7155 müraciət daxil olub.

DMX-dan APA-ya verilən məlumata görə, müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 4426 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 606 qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR