DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib

DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
  • Clock-gray 17:48
  • calendar-gray 12 Fevral 2021

Dövlət Miqrasiya Xidməti (DMX) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatları DMX-nin vahid miqrasiya məlumat sisteminə daxil edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərmanda əksini tapıb.

Eyni zamanda DMX-nin vahid miqrasiya məlumat sistemi tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim olunacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər