DMX qanun pozuntuları ilə bağlı 372 qərar qəbul edib

 DMX qanun pozuntuları ilə bağlı 372 qərar qəbul edib
# 15 fevral 2021 18:05 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinin yanvar ayı üzrə statistik məlumatları açıqlayıb.

DMX-dan APA-ya verilən məlumata görə, yanvar ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7208 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 4125 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 372 qərar qəbul edilib.

2021-ci ilin yanvar ayı ərzində DMX-nin “Çağrı mərkəzi”nə 8278 zəng daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR