DOST Mərkəzinin əməkdaşları şəhid Ağaəmi Heybətovun ailəsində olublar

DOST Mərkəzinin əməkdaşları şəhid Ağaəmi Heybətovun ailəsində olublar
# 07 yanvar 2021 15:39 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən müharibəsində şəhid olan Ağaəmi Heybətovun ailəsində də olublar.

Nazirlikdən APA-ya verilən məlumata görə, Mərkəzin direktor müavini Vasif Qəribov ailəyə şəhid ailələrinin sosial təminat hüququları, həmin ailələrə yönələn sosial dəstək tədbirləri barədə məlumat verib. O, şəhid Ağaəmi Heybətovun ailəsinə də Prezidentin təqaüdünün təyin olunduğunu bildirib. Şəhid ailələri üçün nəzərdə tutulan bu təqaüdün yanvarın 1-dən 66,7 faiz artırılaraq 500 manata çatdırıldığını deyib. Təyin olunmuş təqaüdün alınması üçün bank kartı şəhidin anası Svetlana Heybətovaya təqdim edilib.

2 saylı Bakı DOST Mərkəzi tərəfindən ailənin yaşayışının daim diqqətdə saxlanacağı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR