DOST Mərkəzinin əməkdaşları şəhid İlqar Ramazanlının ailəsi ilə görüşüblər

DOST Mərkəzinin əməkdaşları şəhid İlqar Ramazanlının ailəsi ilə görüşüblər
  • Clock-gray 17:54
  • calendar-gray 25 Dekabr 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzləri əməkdaşlarının da Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələri ilə görüşləri davam edir.

Nazirlikdən APA-ya verilən məlumata görə, 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış İlqar Ramazanlının ailəsini ziyarət ediblər.

Görüş zamanı DOST mərkəzi tərəfindən ailəyə Prezidentin aylıq təqaüdünün təyin olunduğu bildirilib və Mərkəzin direktoru təqaüd kartını şəhidin anasına təqdim edib.

Ailəyə şəhid ailələrinin sosial təminat hüquqları, həmin ailələr üçün nəzərdə tutulan dəstək tədbirləri barədə məlumat verilib.

Bakıda yerləşən üç DOST mərkəzi tərəfindən postmüharibə dövründə şəhid ailəsi üzvləri olan 300-ə yaxın şəxsə Prezidentin təqaüdünün, pensiya və müavinətin təyin edilməsi, şəhid ailəsi üzvlərinə vəsiqənin verilməsi və s. ilə bağlı xidmətlər göstərilib.

Günay Elşadqızı

Digər xəbərlər