DQİDK-nın aparatının və regional orqanlarının işçilərinin say həddi artırılıb

DQİDK-nın aparatının və regional orqanlarının işçilərinin say həddi artırılıb
# 17 iyul 2020 16:23 (UTC +04:00)

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının və Komitənin regional orqanlarının işçilərinin say həddi artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev fərmanı ilə “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanına edilən müavfiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 88 ştat vahidi, Komitənin regional orqanlarının işçilərinin say həddi 91 ştat vahidi müəyyən ediləcək.

İndiyə qədər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 85 ştat vahidi, Komitənin regional orqanlarının işçilərinin say həddi 89 ştat vahidi müəyyən edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR