DSMF: Pensiyaçının vəsaiti kartında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb

DSMF: Pensiyaçının vəsaiti kartında nə  qədər müddətə saxlamasına  məhdudiyyət qoyulmayıb
# 25 sentyabr 2020 11:02 (UTC +04:00)

Bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir. Pensiyaçının həmin vəsaiti kartında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər: “DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir. Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR