DSX əməkdaşlarının COVID-19-a qarşı vaksinasiyasına başlanılıb - FOTO

DSX əməkdaşlarının COVID-19-a qarşı vaksinasiyasına başlanılıb - FOTO
  • Clock-gray 14:55
  • calendar-gray 18 Fevral 2021

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti əməkdaşlarının COVID-19-a qarşı vaksinasiya prosesi aparılır.

APA xəbər verir ki, bu məqsədlə Dövlət Sərhəd Xidmətinin hospitalı ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

Xəstəliyin diaqnostikası üçün müasir labaratoriyalar təşkil edilib.

Sərhəd Xidmətinin tibb idarəsinin rəisi, professor doktor Kənan Yusif-Zadə bildirib ki, COVİD-19-a qarşı vaksinasiya prosesi başlamazdan əvvəl bütün əməkdaşlara təlimatlar verilib və maarifləndirmə işləri aparılıb. Onun sözlərinə görə, ilkin olaraq 23 nəfər vaksinasiya edilib. 

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər