DYP: Bakı, Sumqayıt və Abşeronda yaşayanlar rayonlara getməyə cəhd edirlər, 5000-ə qədər avtomobil geri qaytarılıb

DYP: Bakı, Sumqayıt və Abşeronda yaşayanlar rayonlara getməyə cəhd edirlər, 5000-ə qədər avtomobil geri qaytarılıb
  • Clock-gray 11:41
  • calendar-gray 20 İyun 2020

“Artıq ikinci gündür Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ərazisində yaşayan şəxslər rayonlara getməyə cəhdlər edirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, dünən axşam 5 minə qədər avtomobil geri qaytarılıb: “Həmin avtomobillərdən 4000-i Bakı, 1000-i isə rayon istiqamətində geri qaytarılıb. Həmin insanlar buna cəhd etməsinlər. İnsanlar DİN-in “qaynar xətti”nə zəng vuraraq buraxılıb-buraxılmayacaqlarını öyrənməlidirlər. Hətta vətəndaşların icazəsi varsa belə onlar mübahisə yaratmasınlar. Vətəndaşlar “102” və digər nömrələrə zəng edə bilərlər. Müraciət araşdırılacaq və icazə varsa, hərəkətə imkan yaradılacaq”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər