DYP məktəblərdə əyani tədrisin başlanması ilə əlaqədar müraciət edib

DYP məktəblərdə əyani tədrisin başlanması ilə əlaqədar müraciət edib
# 01 fevral 2021 14:38 (UTC +04:00)

Bu gündən etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması, həmçinin bir çox xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunması yollarda, küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bütün sürücülərdən xahiş olunur ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar.

"Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə azyaşlı uşaqları nəzarətsiz qoymamağı, ictimai nəqliyyat vasitələrindən istifadə edən şəxslərə sosial ara məsafəsi saxlamaqla tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyi tövsiyə edirik",-deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR