Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib

Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib
# 04 avqust 2020 18:09 (UTC +04:00)

Daha bir qrup Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan dövlət sərhədindən Vətənə gətirilib.

APA nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin hal-hazırda Dərbənd şəhərində olan nümayəndəsi Ruslan Quliyev məlumat verib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən Dağıstan ərazisində qalan daha 260 vətəndaşımızın bu gün Rusiya-Azərbaycan quru sərhədindən keçərək vətənə gətirilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR