Daha 42 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verilib

Daha 42 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verilib
# 15 dekabr 2020 15:52 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 13 rayonda (o cümlədən Saatlı, Salyan, İsmayıllı, Xaçmaz, Bərdə, Beyləqan, Ağcabədi, Zaqatala, Yevlax, Şəmkir, Göygöl, Ağsu, Şamaxı) 42 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, Saatlı rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, rayonun İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli iştirak ediblər.

A.Kərimov şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı göstərilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətində mühüm yer tutduğunu bildirib. O, qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, ölkədə bütün sosial proqramlar ildən-ilə genişlənir. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təmin edilməsi istiqamətində işlər getdikcə geniş miqyas alır.

Bu il də rekord səviyyədə olmaqla azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, onlardan artıq 1100-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9000-ə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR