Daha 44 müəllim müddətsiz müqavilə ilə işləmək imkanı əldə edib

Daha 44 müəllim müddətsiz müqavilə ilə işləmək imkanı əldə edib
  • Clock-gray 16:19
  • calendar-gray 14 İyul 2020

Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün keçirilmiş onlayn müsahibənin nəticələri məlumdur. 

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, nəticələrə əsasən, 44 nəfər uğur qazanıb. Bu barədə məlumat həmin namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.

Qeyd edək ki, sözügedən mərhələdə uğur qazanmamış namizədlərin apellyasiyaya müraciət etmək hüququ var. Bununla bağlı əlavə məlumat onların şəxsi səhifələrinə göndəriləcək.

Günay Elşadqızı

Digər xəbərlər