Daha 57 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi ev verilib

Daha 57 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi ev verilib
# 21 dekabr 2020 13:48 (UTC +04:00)

Goranboyda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib.

APA-nın yerli bürosunun məlumatına görə, evlərin təqdim edilməsində iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki , Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin edir. Bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə genişləndirilir.

Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan mühüm işlərə, yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilən yeni evlər müasir istilik sistemləri ilə təmin edilib.

Nazir müavini bu qələbə ovqatlı günlərdə də qeyd olunan proqramın uğurla davam etdirildiyini deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1200-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9 minə yaxın şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edilib.

Bu gün isə respubilkanın bir neçə şəhər və rayonunda 57 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR