Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilib

Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilib
  • Clock-gray 12:28
  • calendar-gray 12 Mart 2021

Daha bir qazi hər iki ayağı üçün yüksək texnologiyalı protezlərlə təmin edilib.

Nazirlikdən APA-ya bildirilib ki, Vətən müharibəsində şərəfli döyüş yolu keçən Abdulla Abdullayev döyüşlərin birində ağır yaralanaraq hər iki ayağını itirib. 

Prezident İlham Əliyevin Sərəncamı ilə o, “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abdulla Abdullayevi yüksək texnologiyalı protezlərlə təmin edib. Mingəçevir şəhər sakini olan Abdulla bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. 

Mərkəzdə ilkin müayinəsi və müvafiq işlər aparılıb. Müəyyən hazırlıq mərhələsindən sonra isə Abdulla  hər iki ayağı üçün yüksək texnologiyalı protezlərlə təmin olunub.

Xatırladaq ki, Nazirlik ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb. Artıq 15 hərbçi müasir protezlərlə təmin olunub və bu sahədə işlər davam edir.

 

 

 

 

Əsmər Qabil

Digər xəbərlər