Daşkəsən polisi Novruz bayramı münasibəti ilə şəhid ailələri ilə görüşüb

Daşkəsən polisi Novruz bayramı münasibəti ilə şəhid ailələri ilə görüşüb
  • Clock-gray 10:49
  • calendar-gray 18 Mart 2021

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, RPŞ əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Polis əməkdaşları ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edib.

Fuad Nazimoğlu

Digər xəbərlər