Daxili İşlər naziri: “Yoluxmaya məruz qalan insanların sayının artması səhlənkarlıqların nəticəsi kimi meydana çıxır”

Daxili İşlər naziri: “Yoluxmaya məruz qalan insanların sayının artması səhlənkarlıqların nəticəsi kimi meydana çıxır”
# 02 iyul 2020 07:18 (UTC +04:00)

“Müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparırıq. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir”

APA-nın məlumatına görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, iaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur: “Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR