Deputat Azərbaycanda koronavirus testlərinin baha olduğunu deyib

Deputat Azərbaycanda koronavirus testlərinin baha olduğunu deyib
  • Clock-gray 11:29
  • calendar-gray 22 Dekabr 2020

"Koronavirusla mübarizə tədbirləri başlanandan andan Milli Məclis prosesdə fəal iştirak edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, pulsuz testlər, xəstəxanalarda yerlər, dərman çatışmazlığı ilə bağlı məsələlər cəmiyyətdə çoxsaylı suallar yaradır: “Cəmiyyət tərəfindən müsbət qəbul olunan tibb sahəsindəki şəxslərin köməyi ilə aidiyyəti qurumları da cəlb etməklə Milli Məclisdə dinləmə keçirilsin, bu suallara aydınlıq gətirilsin”.

Deputat qeyd edib ki, Azərbaycanda testlərin qiyməti MDB-yə üzv ölkələrin xeyli hissəsindən yüksəkdir: “Burada bir sistem yaradanda 17-32 manat etməlidir. Ekspress testləri isə 20-23 manata etmək olar. Bu kimi təcrübələrdən istifadə edə bilərik”.

Sədr Sahibə Qafarova isə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova müraciət edərək bildirib ki, ehtiyac olsa, belə bir dinləmə keçirilsin.

Firuzə Vahid

Digər xəbərlər