Deputat: “Bakı İslam Universitetini bitirən yüzlərlə tələbənin diplomu tanınmır”

Deputat: “Bakı İslam Universitetini bitirən yüzlərlə tələbənin diplomu tanınmır”
# 16 mart 2021 16:43 (UTC +04:00)

“Bakı İslam Universitetini bitirən yüzlərlə tələbənin diplomu tanınmır, bakalavrlar isə magistraturaya daxil ola bilmir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, bu, sadə məsələ deyil, yüzlərlə gəncin taleyidir: “Bu universitet qanunsuz idisə, vaxtında niyə göz yumulub? Niyə iki dəfə 5 illik olmaqla 10 illik lisenziya ala bilib? Nədən oranı bitirənlər ilyarım yox, bir illik hərbi xidmətə çağırıb? 20 nəfərlik bir qrupda bir nəfər məhkəmə yolu ilə diplomunu ala bilibsə, 19 nəfər də ala bilər. Bu məsələdə ciddi ədalətsizlik, nizamsızlıq və 3550 nəfərin taleyinə biganəlik var”.

Deputat Baş nazirdən bu məsələnin həllinə kömək göstərməyi xahiş edib: “Azərbaycan gəncliyi bu məşəqqəti yaşamalı deyil”.

Təhsil Nazirliyi 2010-cu ilə qədər Bakı İslam Universitetinə qəbul olanların diplomlarını tanımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR