Deputat: “Cəzaların sərtləşdirilməsi qayda pozuntularının qarşısını almır”

Deputat: “Cəzaların sərtləşdirilməsi qayda pozuntularının qarşısını almır”
# 18 dekabr 2020 12:08 (UTC +04:00)

“Cəzaların sərtləşdirilməsi qayda pozuntularının, cinayətlərin qarşısını almır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, koronavirusun ekspansiyası o qədər dərindir ki, onun qarşısını almaq yalnız vaksinasiyadan sonra mümkün ola bilər: “İlk baxışdan insanlara sərt cəza verməkdən çəkinmək lazımdır. Xəstəliklə bağlı hamımızda əsəbilik var. Cəzaların sərtləşdirilməsi məsələsinə məcburi gedirik. Amma xalqa münasibətdə bunu nəzərə almalıyıq. Çünki bəziləri bundan möhtəkirlik kimi də istifadə edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR