Deputat: “Dövlət proqramlarının icrasına nəzarət gücləndirilməlidir”

Deputat: “Dövlət proqramlarının icrasına nəzarət gücləndirilməlidir”
# 16 mart 2021 17:29 (UTC +04:00)

“Bir sıra xəstəliklərin müalicəsi və profilaktikası dövlət proqramları çərçivəsində həyata keçirilir. Lakin “Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması” proqramı üzrə dövlət proqramı çərçivəsində 2 milyon manat büdcə ayrıldığı halda bunun yalnız 15 faizinin icra olunması dövlət proqramlarının icrasına xüsusi nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu göstərir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, “Uşaqların anadangəlmə ürək qüsurlarının aradan qaldırılması hər zaman prioritet məsələ olub və bu istiqamətdə çox böyük iş görülüb: “Bu problem bu gün də dünyada xüsusi yer tutur. Belə ki, bir sıra digər dövlət proqramlarına əlavə maliyyə dəstəyinə ehtiyac olduğunu dəfələrlə vurğulamışıq”.

Deputat onu da təklif edib ki, Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evlərinə çıxarışların verilməsi ilə bağlı hökumət tərəfindən tədbir görülsün.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR