Deputat: “Dövlət qurumları tərəfindən göstərilən bütün elektron xidmətlər vahid platformada birləşməlidir”

Deputat: “Dövlət qurumları tərəfindən göstərilən bütün elektron xidmətlər vahid platformada birləşməlidir”
# 16 mart 2021 12:41 (UTC +04:00)

“İşğaldan azad edilmiş ərazilər Prezident tərəfindən irəli sürülən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” konsepsiyaları əsasında yenidən qurulacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, texnoloji dəyişikliyə hazırlaşmaq, dünyanın qabaqcıl ölkələrində bu sahələrdə təhsil alan gənclərimizə dəstək olmaq lazımdır: “Xaricə universitetlərdə oxuyan tələbələrimizin dəstəklənməsi məsələsinin diqqətdə saxlanılmasını hökumət üzvlərindən xahiş edirəm”.

Deputat bildirib ki, Rayon İcra hakimiyyətləri ilə birlikdə dövlət büdcəsindən maliyyələşən 250-dək qurumda elektron xidmət və rəqəmsal tətbiqetmə görülür: “Təəssüf ki, digərləri hələ də elektron xidmətlərdən istifadə etmir. Eyni zamanda dövlət qurumları tərəfindən göstərilən bütün elektron xidmətlərin də vahid platformada birləşməsinə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR