Deputat: “Elmə və təhsilə ayrılan xərclər bir neçə dəfə artırılmalıdır”

Deputat: “Elmə və təhsilə ayrılan xərclər bir neçə dəfə artırılmalıdır”
# 23 aprel 2021 13:21 (UTC +04:00)

“Qərbdə elm və təhsil işçilərinə 5, yaxud 7 ildən bir illik əməkhaqqı tam ödənilən yaradıcılıq məzuniyyəti verilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bunu qanunvericilik qaydasında həll etmək lazımdır: “Ali Təhsil haqqında” qanun layihəsi də hazırlanmaqdadır. Yaxşı olar ki, bu müddəa həmin layihəyə daxil edilsin. Digər tərəfdən gələn ilin büdcə müzakirələri artıq hökumətdə başlayıb. Elmə və təhsilə ayrılan xərclər bir neçə dəfə artırılmalıdır. Bunu etməyəcəyimiz təqdirdə Azərbaycanda elmin sürətli inkişafından söhbət gedə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR