Deputat: “İşğaldan azad edilmiş ərazilərdə tikilən turizm obyektlərinə, digər infrastruktur layihələrinə vergi güzəşti tətbiq etməliyik”

Deputat: “İşğaldan azad edilmiş ərazilərdə tikilən turizm obyektlərinə, digər infrastruktur layihələrinə vergi güzəşti tətbiq etməliyik”
# 29 dekabr 2020 12:22 (UTC +04:00)

“Turqut Özal vaxtilə hakimiyyətdə olarkən Türkiyənin turizm qapılarını dünyaya açdı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, o vaxt Türkiyədə dəniz qırağında tikilən turizm obyektlərindən vergi tutulmaması barədə qərar verilib: “İndi biz də işğaldan azad edilmiş ərazilərdə tikilən turizm obyektlərini, digər infrastruktur layihələrini heç olmasa 5 il müddətinə vergidən azad etməli, ya da vergi güzəşti tətbiq etməliyik. Bu zaman orada daha tez bərpa işləri gedəcək, infrastruktur qurulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR