Deputat: “Olimpiya kompleksləri fəaliyyətsizdir”

Deputat: “Olimpiya kompleksləri fəaliyyətsizdir”
# 16 mart 2021 15:37 (UTC +04:00)

“Özəl sektorda pandemiyaya görə iş yerləri bağlanıb, çox insan iş yerini itirib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, işsizlikdən sığorta ödənişi ilə təmin olunan şəxslərin sayı olduqca azdır: “Hökumətdən xahiş edirəm, bu boşluqlara baxılsın. Ölkədə işsiz əhalinin sayı artır”.

Ölkədə boşanma hallarının artdığını deyən deputat məktəblərdə təhsilin səviyyəsinin düşdüyünü bildirib: “Burada obyektiv səbəblər var. Ancaq subyektiv səbəblər də var. Bu gün bir sıra yerlərdə mədəniyyət evləri fəaliyyət göstərmir. Sökülən mədəniyyət evlərinin əraziləri ayrı-ayrı şəxslərə sot-sot satılır. Mehriban Əliyevanın həssaslığı olmasaydı, bir çox məmur mədəniyyət evlərinin ərazisinin satışını həyata keçirərdilər. Gənclər evlərinin də, digər mərkəzlərin də boş qalması dövlətə heç bir fayda vermir. Mədəniyyət Nazirliyi ilə birlikdə bu prosesə başlamaq lazımdır. Ölkədə 47 olimpiya kompleksi fəaliyyət göstərir. Bunlar dövlət büdcəsi hesabına tikilib. Ancaq qapısı bağlı fəaliyyətsiz qalıb. Cəfər Cabbarlı adına kinostudiyanın ətrafı ancaq restoran, kafe, barlardr. Hansı ölkədə belə vəziyyət var?! Postpandemiya dövründə bu problemlər həllini tapmalıdır. Pilot layihələr iflasa uğrayıb. Bunun çarəsini tapmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR