Deputat: “Örüş və yaylaqların vətəndaşlara düzgün paylanılması problemi həll olunmalıdır”

Deputat: “Örüş və yaylaqların vətəndaşlara düzgün paylanılması problemi həll olunmalıdır”
# 05 iyun 2020 11:27 (UTC +04:00)

“Keçən iclasda burada torpaq islahatı ilə bağlı məsələyə toxunuldu”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O bildirib ki, o dövrdə SSRİ-də ilk dəfə Azərbaycanda analoqu olmayan torpaq islahatı həyata keçirilib: “Örüş və yaylaqlarla bağlı məsələdə problemlər var. Nazirlər Kabineti o vaxt yerli icra hakimiyyəti orqanlarına örüş və yaylaqları vətəndaşlara paylamaq tapşırığını verdi. Amma icra hakimiyyətləri bu məsələni düzgün həll etmədi. Son vaxtlar Bərdədə, İmişlidə də örüş sahələri ilə bağlı problemlər ortaya çıxır. Bu yaxınlarda Qubada da belə ciddi hadisə baş vermişdi. Biz bu məsələni çətinliklə yatırtdıq. Təklif edirəm ki, Milli Məclisdə ya bununla bağlı xüsusi qanun layihəsi qəbul edək, ya da Baş nazir bununla bağlı qərar qəbul etsin. Örüş və yaylaq sahələrinin vətəndaşlara düzgün paylanılması prosesi həll olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR