Deputat: “Pandemiya dövründə FHN işini yaxşı görən qurumlar sırasında oldu”

Deputat: “Pandemiya dövründə FHN işini yaxşı görən qurumlar sırasında oldu”
# 22 dekabr 2020 12:09 (UTC +04:00)

“Hazırda Azərbaycanın orden və medalları siyahısına yeni bir medalın əlavə olunması ilə bağlı Prezident qanun layihəsi təqdim edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spikert Əli Hüseynli deyib.

Deputat bildirib ki, müharibə şəraiti dövründə də dağıntıların aradan qaldırılmasında FHN-in əməkdaşları da yaxından iştirak edib: “Medalda milli atributlar da nəzərə alınıb. Hesab edirəm ki, bu medalın təsis olunması Azərbaycanın orden və medallarına yeni töhfə vermiş olacaq”.

Deputat Razi Nurullayev bildirib ki, FHN-ə dərin hörməti var: “Azad edilmiş torpaqlara daxil olan ilk adamlardan biri də FHN-in əməkdaşlarıdır. İşğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin görülməsi nəzərdə tutulur. Bu işdə FHN-in də kifayət qədər üzərinə iş düşəcək. Koronavirus pandemiyası zamanı da nazirlik işini yaxşı görən qurumlar sırasında oldu. Gündə mənə onlarla müraciət edən xəstənin FHN-in modul tipli xəstəxanalara yerləşdirilməsini təmin edə bilirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR