Deputat: “Pandemiya ilə mübarizəyə 44 mindən çox tibb işçisi cəlb olunub”

Deputat: “Pandemiya ilə mübarizəyə 44 mindən çox tibb işçisi cəlb olunub”
  • Clock-gray 12:18
  • calendar-gray 16 Mart 2021

“Ölkəmizə yaxın müddətdə koronavirus əleyhinə 4 milyondan artıq peyvəndin gətirilməsi nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, ölkənin bir çox bölgəsində icbari tibbi sığortanın tətbiq olunmasına başlanılıb: “Əldə olunan ilk nəticələr ürəkaçandır. İcbari tibbi sığortanın ölkəmizdə bütövlükdə həyata keçirilməsi nəticəsində əhaliyə göstərilən tibbi yardımın səviyyəsini yüksəldəcəyik. Pandemiya dövründə ölkə səhiyyəsi çox güclü təzyiq altına düşdü. Lakin bir çox ölkədən fərqli olaraq, səhiyyəmiz çökmədi, pandemiya ilə mübarizəni davam etdirdi. Pandemiya ilə mübarizəyə 44 mindən çox tibb işçisi cəlb olunub ki, onların arasında xarici ölkələrdən cəlb olunan mütəxəssislər də var”.

Firuzə Vahid

Digər xəbərlər