Deputat: “Rəqabət Məcəlləsi tezliklə qəbul edilməlidir”

Deputat: “Rəqabət Məcəlləsi tezliklə qəbul edilməlidir”
# 16 mart 2021 12:47 (UTC +04:00)

“Ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi bizim üçün çox mühüm hadisə olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, ikinci mühüm məsələ TAP-ın istismara başlamasıdır: “Ancaq bu uğurlarla yanaşı, ötən il pandemiya hökm sürüb. 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb. Ən çox azalmalar turizm sahəsində olub. İnflyasiyanın aşağı olması Azərbaycanda istehlak qiymətlərinin çox yuxarı olmamasına dəlalət edib. Bununla bərabər, bu sözləri 2021-ci ilin ilk 3 ayı üçün demək qeyri-mümkündür. Ərzaq və qeyri-ərzaq bazarında qiymət artımı müşahidə olunur. Qiymətlər durmadan artır. Görülən çox mühüm işlərə baxmayaq, bunun qarşısı alınmır. Hökumət bununla bağlı təkliflər hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq və monopoliya var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq. Bunun qəbulunu tezləşdirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR