Deputat: “Saxta əlillik ləğv olunmalıdır, amma bunu həqiqi əlillərə tətbiq etmək olmaz”

Deputat: “Saxta əlillik ləğv olunmalıdır, amma bunu həqiqi əlillərə tətbiq etmək olmaz”
# 16 mart 2021 16:27 (UTC +04:00)

“Torpaqlarımızın işğaldan azad edilməsi bölgədə yeni situasiya yaratdığı kimi, yeni gözləntilər də yaradıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, işsizliyin aradan qaldırılması üçün addımlar atılmalıdır: “190 manat yardımlar verilən zaman işsizliyin dəqiq statistikası ortaya çıxdı. Regionlarda sosial iş yerlərinin limitinin artırılmasına ehtiyac var. İkincisi, əlilliklə bağlı məsələlər də insanlar arasında problemlərə səbəb olur. Həqiqətən, əlil olan insanların hüquqları tapdalanır. Bu, artıq qazilərə, müharibədə iştirak edən insanlara da çatıb. Bu cür problemlər Konstitusiyanın maddələrinin pozulması deməkdir. Buna son qoyulması üçün əhalinin müxtəlif qruplarından ibarət komissiyalar yaradılmalıdır. Əlilliklə bağlı əhali arasında yaranan ümidsizliyin aradan qaldırılması lazımdır. Düzdür, saxta əlillik dərəcəsi alanların əlilliyi ləğv olunmalıdır. Amma bunu həqiqətən əlil olan insanlara tətbiq etmək olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR