Deputat: “Şəhid olan zabitlərin övladlarına aylıq 400-500 manat təqaüd ödəniləcək”

Deputat: “Şəhid olan zabitlərin övladlarına aylıq 400-500 manat təqaüd ödəniləcək”
  • Clock-gray 19:10
  • calendar-gray 22 Dekabr 2020

Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif edilir.

Deputat əmək pensiyasının sığorta hissəsinə əlavələrin ləğv edilməsindən irəli gələn məsələlərə aydınlıq gətirib.

Milli Məclisin deputatı Kamal Cəfərov APA-ya açıqlamasında bildirib ki, bununla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin aylıq 300 manatdan 500 manatadək artırılması təklif olunur.

K. Cəfərov qeyd edib ki, bundan əlavə, 11 min manat məbləğində birdəfəlik sığorta ödənişi həyata keçiriləcək: “Şəhid olan zabitlərin övladlarının hər birinə 18 yaşına qədər ortalama 400-500 manat (hər bir övlada görə aylıq məbləğ) ödəniləcək. Şəhidin pensiya hüququ olmadıqda hər bir ailə üzvü 80 manat məbləğində müavinət alacaq, övladları təhsil haqlarından azad olunacaq. Şəhidin pensiya alan valideynlərinə aldıqları pensiyaya əlavə 93,5 manat əlavə veriləcək. Bunlarla yanaşı, şəhid ailələri mənzil və ya fərdi evlə təmin ediləcək”. 

Firuzə Vahid

Digər xəbərlər