Deputat: “Sovet dövründən qalan normalar şəhid ailələri və qazilərin mənzil növbəsinə durmasına problemlər yaradır”

Deputat: “Sovet dövründən qalan normalar şəhid ailələri və qazilərin mənzil növbəsinə durmasına problemlər yaradır”
# 16 mart 2021 16:50 (UTC +04:00)

“Bu gün əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ciddi problemlər var. Sahil Babayevə ondan öncəkilərdən bu ciddi problem miras olaraq qalıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bu gün Vətən müharibəsində, o cümlədən Birinci Qarabağ müharibəsindən olan qazilərə əlillik dərəcələrinin verilməsi məsələsinə həssaslıqla yanaşmalıyıq: “Bu problem ən qısa zamanda həllini tapmalıdır. Mənzil bölgüsündə sovet dövründən qalan norma tətbiq edilməkdədir. Bu da bu gün şəhid ailələrimizin, qazilərimizin mənzil növbəsinə durmasında problemlər yaradır. Mənzil növbəsinə götürülmədə adambaşına düşən norma çox aşağı olduğundan şəhid ailələri, qazilərimiz mənzil növbəsinə dayana bilmir.

Mənzil kirayə haqları məsələsində də problemlər mövcuddur. “Xruşşovka” binalarda mənzil kirayə haqqı 2 qəpik olduğu halda, yeni tikililərdə bu rəqəm müqayisəedilməz dərəcədə yüksəkdir. Əhali bəzi hallarda hökumətdən, müvafiq icra strukturlarından narazı qalır. Bakıda 500 mindən çox sənədsiz ev olduğu deyilir. Bu o deməkdir ki, bu evlər hökumətə əmlak vergisi vermir. Bu evlərin qısa müddət ərzində tezliklə sənədləşdirilməsinə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR