Deputat “Sovetski”dən köçürülən vətəndaşlara verilən kompensasiyanın artırılmasını təklif edib

Deputat “Sovetski”dən köçürülən vətəndaşlara verilən kompensasiyanın artırılmasını təklif edib
# 16 mart 2021 16:02 (UTC +04:00)

“Yasamalda “Sovetski” adlanan ərazidə müəyyən quruculuq işləri görülüb, park salınıb, insanların istifadəsinə verilib. Ancaq müəyyən problemlər qalmaqdadır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, ərazidən hələ də köçməmiş bəzi vətəndaşlar verilən kompensasiyanın az olduğunu deyirlər: “Biz Yasamalı təmsil edən üç deputat vətəndaşlarla görüşürük. Onlara verilən kompensasiyanın artırılması mümkündürsə, bunu edə bilərikmi? Çünki dövlətin siyasətinin əsas prioriteti vətəndaş məmnunluğudur. Bu problemin kökündən həll edilməsi mümkündürmü?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR