Deputat Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçuların maaşının tam ödənilməsini təklif edib

Deputat Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçuların maaşının tam ödənilməsini təklif edib
# 28 dekabr 2020 12:01 (UTC +04:00)

“2021-ci ilin büdcə zərfini “Zəfər layihəsi” adlandırsaq, yaxşı olardı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Vətən müharibəsində sağlamlığını, əmək qabiliyyətini itirən hərbi qulluqçuların maaşının 85 %-i ödənilir: “Xarici ölkələrdə isə bunun 100 %-i ödənilir. Bu məsələni hökumət üzvlərinin nəzərə almasını xahiş edirəm. Bu gün Vətən müharibəsində yaralananların hospitalda yatırlar. Onlara verilən epikriz əsasında qulluq etdiyi hərbi hissəyə getməli, yenidən qayıtmalıdır. Burdan həmin hərbi hissələrə getmək bu hərbçilər üçün çox çətindir. Bu, bir neçə nazirliyin arasında olan məsələdir. Prosedurun asanlaşdırılmasını təklif edirəm. Digər tərəfdən nazir Sahil Babayev dedi ki, müxtəlif bölgələrdə reabilitasiya mərkəzləri açılıb. Gələcəkdə Qarabağda da belə reabilitasiya mərkəzlərinin tikilməsi, Vətən müharibəsində iştirak edən şəhid və qazi ailələri üçün pulsuz olsa, yaxşı olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR