Deputat: “Xidmət sektorunda vətəndaşların hüququ tanınmır”

Deputat: “Xidmət sektorunda vətəndaşların hüququ tanınmır”
# 17 sentyabr 2020 10:24 (UTC +04:00)

"İnsan Hüquqları komitəsinin iş planına yeni məsələ də əlavə edə bilərik”.

APA-nın məlumatına görə, bunu İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, ölkəmizdə çoxsaylı xidmət sektoru var: “Onların vətəndaşlara təqdim etdiyi müqavilə formasında vətəndaşların heç bir hüququ tanınmır. Müqavilə yalnız onu təklif edən tərəfin hüquqlarını qoruyur. Bununla bağlı yeni qanun layihəsi hazırlaya bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR