Deputat avtomobilin idarə olunması üçün etibarnamə verilməsinin ləğvini təklif edib

Deputat avtomobilin idarə olunması üçün etibarnamə verilməsinin ləğvini təklif edib
  • Clock-gray 11:32
  • calendar-gray 01 İyun 2020

“Avtomobilin idarə olunması üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir”. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Azər Badamov deyib. 

O bildirib ki, etibarnamə sovetdən qalma məsələdir: “İnkişaf etmiş ölkələrdə avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Bizdə vətəndaş öz yaxın qohumuna etibarnamə olmadan maşını idarə etməyə verə bilmir. Belə olan halda, qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. Etibarnamə bu gün aktuallığını itirib. Əgər avtomobil itirsə, texniki imkanlardan istifadə edib, onu tapmaq mümkündür. Ölkəmizin imkanlarını nəzərə alaraq, qanunvericilikdə etibarnamə ilə idarə etmək məsələsinin ləğvini təklif edirəm”.

 

Firuzə Vahid

Digər xəbərlər