Deputat müharibə iştirakçılarının Böyük Qayıdışda iştirak edən şirkətlərdə işlə təmin olunmasını təklif edib

Deputat müharibə iştirakçılarının Böyük Qayıdışda iştirak edən şirkətlərdə işlə təmin olunmasını təklif edib
  • Clock-gray 11:34
  • calendar-gray 01 Fevral 2021

“Möhtəşəm tarixi zəfər haqqında illərlə danışsaq yetməz”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat əmin olduğunu bildirib ki, qlobal təhlükə olan koronavirusla mübarizədə də qələbə qazanacağıq: “Müharibənin ilk dövründə Prezident tərəfindən şəhid ailələrinə, qazilərə nə qədər diqqət göstərdiyinin şahidi olurduq. Bu diqqət hələ də davam edir. Qısa müddət ərzində “YAŞAT” Fondu yaradıldı. Balkanlarda hələ də müharibə iştirakçıları ilə bağlı problemlər qalmaqdadır. Bizdə isə bu problemlər qısa müddətdə həllini tapır. Bizə də müraciət edən müharibə iştirakçıları var. Onlardan işsiz olanlar var”.

Deputat təklif edib ki, qurumlar Vətən müharibəsindən qayıtmış minlərlə işi olmayan hərbçini işlə təmin etsin: “Xüsusilə Böyük Qayıdışda iştirak edəcək şirkətlər bu qələbənin iştirakçısı olan əsgərlərimizi işlə təmin edə bilər”.

Firuzə Vahid

Digər xəbərlər