Deputat pandemiya dövründə polislərə də əlavə vəsait ödənilməsini təklif edib

Deputat pandemiya dövründə polislərə də əlavə vəsait ödənilməsini təklif edib
# 01 iyun 2020 13:05 (UTC +04:00)

“Layihədə fiziki şəxslərin cərimələnməsi üçün nəzərdə tutulan 50 manat uyğun məbləğ deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib

O bildirib ki, bu məbləği 20-25 manata endirməlidir: “Onu da qeyd edim ki, qanunu pozanlar çox vaxt elə pulu olmayan insanlar olur. Digər tərəfdən, kurslarla bağlı məsələyə də baxılmalıdır. Ara məsafəsi gözlənilməklə, maskadan istifadə etməklə kurslar fəaliyyətini davam etdirməlidir”.

Deputat Naqif Həmzəyev isə cərimələrin təyin edilməsinə polislərin cəlb ediləcəyini diqqətə çatdırıb: “Pandemiya dövründə ağır iş şəraitində işləyənlərdən biri də polislərdir. Təklif edərdim ki, həvəsləndirmək üçün polislərə də əlavə vəsait ödənilsin. Digər tərəfdən, layihədə nəzərdə tutulan məbləğ tələbə və gənclər üçün olduqca yüksəkdir. Qanunu ən çox pozanlar da elə gənclərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR